Qaçqınları daşıyan gəmi və qayıq batıb - 33 nəfər ölüb

"Qanunsuz yolla Türkiyədən Yunanıstana gedən və qaçqınları daşıyan gəmi və qayığın batması nəticəsində 33 nəfər dənizdə boğularaq ölüb."

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumta görə, Egey dənizinin Türkiyənin İzmir əyaləti Diklili bölgəsi hissəsində göyərtəsində qaçqınlar olan qayığın batması zamanı 11, Balıkəisr əyalətinin Edremit rayonunun Altınonluq məhəlləsi yaxınlığında gəminin batması nəticəsində isə 22 qaçqın ölüb.

Xəbərdə bildirilb ki, onlar qanunsuz yolla Yunanıstanını Midli adasına keçmək istəyirmişlər.

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib. Axtarış-xilasetmə əməliyyatı keçirilir. Keçirilən əməliyyat nəticəsində 4 qaçqın xilas edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar