2 bələdiyyə sədri həbs edilib

2015-ci ildə vəzifə cinayətlərinə görə iki bələdiyyə sədri məhkum olunub.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin fevralın 8-də açıqlanmış illik hesabatında belə deyilir. Hesabata görə, Balakən bələdiyyəsinin sədri ödənilən maliyyəni göstərilməməsi, torpaq sahələrinin satılması, pul vəsaitlərini büdcələrinə mədaxil edilməməsinə görə həbs edilib. Neftçalanın Qarabucaq bələdiyyə sədri isə bələdiyyə əmlakını mənimsəməyə görə azadlıqdan məhrum ediliblər. Məhkəmə bələdiyyə sədrlərini mənimsəmədə, vəzifə saxtakarlığında, dələduzluqda və vəzifə səlahiyyətlərinini aşmada (Cinayət Məcəlləsinin 178, 179, 309 və 313-cü maddələri) günahkar bilib.

Hesabatda həmçinin, kifayət qədər əsaslar olduğundan, daha 10 bələdiyyə üzrə cinayət işi açıldığı, istintaqın davam etdiyi qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar