Neft 3-cü gündür ucuzlaşır

Neft, birjalarda səhmlərin dəyərdən düşməsi və Venesuelanın neft nazirinin neft ixrac edən ölkələrə etdiyi səfərlərdən hasilat məsələsində bir razılaşma əldə edə bilməməsinin ardından ardıcıl üçüncü əməliyyat gündür ki, ucuzlaşır.

Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Nəimi, Ər-Riyadda Venesuelalı həmkarı ilə görüşüb. Nəimi, açıqlamasında, neft qiymətlərini dəstəkləmək üçün atılacaq addımlar barədə məlumat verməyib və sadəcə görüşün "uğurlu" keçdiyini bildirib.

Commezbank AG-nin əmtəə araşdırma direktoru Eugen Uenberq, "Venesuelanın neft nazirinin OPEC və OPEC-ə daxil olmayan ölkələrdə həyata keçirdiyi görüşlərin başdan uğursuz olmağa məhkum idi" - deyib və "Bu səfər turu yalnız bəzi neft istehsalçılarının necə çarəsiz olduğunu göstərdi" şəklində bildirib.

Neft bu il, beynəlxalq sanksiyaların qaldırılmasının ardından İranın ixracını artırmağa hazırlaşması və ABŞ-ın neft ehtiyatlarının artmasının təsiri ilə təxminən 18 faiz düşüb. ABŞ-ın neft istehsalçıları, ötən həftə neft ehtiyatlarının 500 milyon bareli keçərək 1930-dan bu yana ən yüksək səviyyəsinə çatmasının ardından, Aprel ayından bu yana ən çox sayda quyuda istehsalı dayandırıblar.

CMC Markets-in baş strateqi Maykl Mccarthy, "Təklifin azalacağına dair çox az əlamət var. Qərbi Texas nefti yəqin ki, 30 -34 dollar arasında əməliyyat görəcək. Qiymət bu aralıqdan da kənara çıxa bilər, ancaq bunun yaxın aylarda əsas intervalolacağını hesab edirəm" şəklində bildirib.

30 DOLLARDAN AŞAĞI DÜŞÜB

Bakı vaxtı ilə 17:00-da Qərbi Texas nefti (WTI) Nymex birjasında 4,1% düşərək 29.67 dollara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 3% düşərək bareli 33.06 dollara enib.  /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar