YAP-ın icazəsi olmadan seçkilərdə iştirak etmiş üzvlərlə bağlı son qərar

Yeni Azərbaycan Partiyası (YAP) V çağırış Milli Məclisə keçirilmiş seçkilərdə partiyanın icazəsi olmadan iştirak etmiş üzvləri ilə bağlı qərarını verib.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend-ə deyib ki, belə üzvlərin sayı 53 nəfər idi: “Onlardan 50-si müəyyən söhbətlər aparılandan sonra namizədliklərini geri götürdü. 3 nəfər isə seçkilərdə iştirak etdi. Sonradan həmin üzvlərlə təmsil olunduqları rayon təşkilatları tərəfindən söhbət aparıldı və onlar da öz səhvlərini etiraf etdilər”.

S.Novruzovun sözlərinə görə, rayon təşkilatları tərəfindən həmin üzvlərə ciddi xəbərdarlıq olundu ki, bu cür hallar təkrarlanmasın və bununla da məsələ yekunlaşdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar