"Rusiya bombardmanları nəticəsində Suriyada insanlar əzab çəkir" - Merkel

Almaniyanın federal kansleri Angela Merkel Türkiyədə rəsmi səfərdədir.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Ankarada A. Merkeli qəbul edib. Görüşdən sonra mətbuat konfransı keçirilib.

Ə. Davudoğlu Suriyada yaranmış vəziyyətdən ciddi narahat olduqlarını bildirib: "Kimsə "Türkiyə onsuz da suriyalı qaçqınları qəbul edir" deyə düşünərək açıq bir etnik qırğın olan Rusiya bombardmanlarını normal qarşılaya bilməz. Heç kim Türkiyədən qaçqınlar problemini təkbaşına öz üzərinə götürməsini gözləyə bilməz".

Ə. Davudoğlu bu həftə NATO müdafiə nazirlərinin toplantısında NATO-nun qaçqınlar məsələsinə müdaxilə etməsi üçün Almaniya ilə birlikdə məsələ qaldıracaqlarını söyləyib.

A. Merkel də minlərlə insanın Rusiya bombardmanları nəticəsində əzab çəkdiyini söyləyib: "Rusiya mülki əhaliyə hücumlara yol verməyəcəyini bəyan etmişdi. Biz qaçqınlar məsələsində üzərimizə düşəni etməyə hazırıq. Düşərgələrdəki insanlara hər cür yardımı edəcəyik".

Merkel Avropa İttifaqının qaçqınlar problemini həll etmək üçün Türkiyəyə ayırdığı 3 milyard avroluq yardımın ödənilməsinin sürətləndirilməsini istədiklərini vurğulayıb: “Türkiyə-Suriya sərhədində insanların qorxu içərisində olduğunu görürük. Mümkün qədər kvota ayıraraq bəzi suriyalıların Avropaya gəlməsini təmin edəcəyik. Lakin bu, Türkiyədəki bütün qaçqınları qəbul edəcəyimiz mənasını vermir. Suriyalılar üçün vətənlərinə, evlərinə yaxın olmaq da vacibdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar