ABŞ kəşfiyyatı Ordumuzun strateji yüksəkliyi tutmasından danışır

ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu istiqamətində strateji əhəmiyyətli “Odundağ” yüksəkliyində nəzarəti əldə etməsindən yazıb. ANS PRESS-in məlumatına görə, “Stratfor” yazır ki, bu ilin yanvar ayında Azərbaycan Ordusu Tavuş vilayətinin şimal hissəsində manevr edərək Qazax rayonu ilə ErmənistanınNoyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyini ələ keçirdi.

"Sərhədin bu hissəsində relyef mürəkkəbdir, minalar ərazini daha da təhlükəli edir. "Odundağ" yüksəkliyində nəzarətin təmin edilməsi münaqişənin birbaşa komponenti olmadığına görə, monitorinq missiyası buna az hallarda diqqət yetirirlər", - “Stratfor” bildirir.

"Stratfor"un təqdim etdiyi xəritə

ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi strateji əhəmiyyətli yüksəkliyin Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi faktını əsdiqlədiyini bəyan edib: "Bu yüksəklik bölgəni nəzarət altında saxlamaq üçün çox vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir".

Yanvarın 25-də Azərbaycan Müdafiə Nazirliyi yüksəkliklərdən birinin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi barədə məlumatı təsdiqləyib.

"Odundağ" yüksəkliyi

MN bildirir ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb.

"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib". - deyə MN-nin məlumatında qeyd olunur.

Azərbaycan və Ermənistan sərhədi, yüksəkliyin ələ keçirildiyi bölgə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar