Rabitə işçisi dirəkdən yıxılaraq ölüb

Qusarda bədbəxt hadisə baş verib. "Report" xəbəbr verir ki, Qusar Rayon Rabitə və Telekomnikasiya Qovşağında rabitə mantyoru işləyən 1956-ci il təvəllüdlü Zeybulla Həbib oğlu Mahmudov Qusarın Ləyər kəndində rabitə dirəyindən yıxılıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasından (RMX) "Report"a verilən məlumata görə, rabitə dirəyindən yıxılan Z.Mahmudov daxili qanaxma ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib. Lakin Bakıda onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Z.Mahmudovun həyat yoldaşı komaya düşüb və Qusar RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar