Turistlər üçün ən ucuz Avropa şəhərləri - SİYAHI

Turistlər üçün ən ucuz Avropa şəhərlərinin adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, turistlər üçün araşdırmanı “Trivago” turizm xidməti aparıb. Reytinq siyahısı tərtib olunarkən mərkəzdə və yaxud mərkəzə çox yaxın olan 4 ulduzlu otellərin bir gecəlik qiymətləri əsas götürülüb. Bundan başqa, taksi, turistik ərazilərə giriş qiymətləri, gündəlik qidalanma xərcləri də nəzərə alınıb.

Varna şəhəri - Bolqarıstan

Turistlər üçün Köhnə Dünyanın ən ucuz başa gələcək şəhərləri siyahısında birinci yeri Bolqarıstanın paytaxtı Sofiya şəhəri tutur. 2015-ci ildə burada bir gecəlik yaşamaq orta hesabla 67 dollara başa gəlib. İkinci yerdə Skopye şəhəri (Makedoniya) olub.

Turistlər burada sutkada orta hesabla 70 dollar xərcləyib. Üçlüyü Bosniya və Herseqovinanın paytaxtı Sarayevo qapayır. Burada gündəlik xərc 74 dollar olub. Avropanın ən bahalı şəhəriLondon seçilib. Londonda oteldə sutka ərzində qalmaq 267 dollara başa gəlir. İkinci yerdəParis (196 dollar), üçüncü yerdəsə Bern (İsveçrə, 219 dollar) şəhərləri qərarlaşıb.

Ən ucuz sahilyanı şəhərlər sırasında Yunanıstan qərarlaşıb. Bu ölkədə 2015-ci ildə ən ucuz istirahət Salonikidə olub. Burada oteldə sutka ərzində qalmaq 83 dollardır. Bununla belə ən ucuz kurort şəhəri Varna (Bolqarıstan) olub. 2015-ci ildə burada bir gecəlik qiymət 54 dollardır. Malta ikinci yeri tutub: Budjibba şəhərində turistlər sutkada orta hesabla 71,5 dollar ödəyirlər. Üçlüyü bolqar kurort şəhəri Solnecniy Bereq (74,5 dollar) qapayır.

Ukrayna paytaxtı Kiev

Keçən il tətilini Avropada keçirmək istəyən, lakin çoxlu pul xərcləmək istəməyənlər üçün "Price of Travel” səyahət saytı Avropada gəzmək üçün ən ucuz şəhərlərin siyahısını tərtib etmişdi. Siyahıya Avropanın 20 şəhəri daxil edilmişdi. Ötən il adambaşına düşən gündəlik xərcin məbləğinə görə sıralamada ilk onluq belə olub:

1. Buxarest, Rumıniya – 43,80 dollar

2. Sofiya, Bolqarıstan – 44,71 dollar

3. Kiev, Ukrayna – 46,35 dollar

4. Çeski Krumlov, Çexiya – 49,10 dollar

5. Sarayevo, Bosniya və Herseqovina – 50 dollar

6. Sankt-Peterburq, Rusiya – 50, 48 dollar

7. Budapeşt, Macarıstan – 51,06 dollar

8. Krakov, Polşa – 52,36 dollar

9. Belqrad, Serbiya – 53,52 dollar

10. Split, Xorvatiya – 62,08 dollar

Bolqarıstan xəritədə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar