Daha bir rus helikopteri düşdü, ölənlər var - FOTO

Rusiyanın daha bir “Mi-8” hərbi helikopteri qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, hadisə Pskov vilayətinin Çerepyaqno kəndində baş verib. Rusiya Müdafiə Nazirliyinə məxsus “Mi-8” Ostrov aeraportunun 5 kilometrliyində yerə düşüb. Hansı səbəbdən baş verildiyi bilinməyən qəza nəticəsində dörd hərbçi ölüb. Hadisə şahidlərinin məlumatına görə, yerə çırpılan helikopter bir neçə hissəyə bölünüb. Hazırda hüquq-mühafizə orqanları qəza baş verən ərazidə ilkin araşdırmalara başlayıb.

“Mi-8” helikopteri

Keçən il noyabr ayında Rusiyanın Krasnoyarsk əyalətində "Mi-8" vertolyotu qəzaya uğrayıb. "Mi-8" helikopterinin Krasnoyarsk əyalətinin Turuxan ərazisində qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 10 nəfər isə xəstəxanaya çatdırılıb.

Vertolyotla əlaqə Krasnoyarsk əyalətinin Turuxanski rayonunda itib. Vertolyotun sərnişinləri havada olarkən, "Mi-8" hava gəmisinin qəzası haqqında təcili xidmətlər bölməsinə məlumat verilib. Ümumilikdə helikopterdə 25 nəfər olub. Onlardan 22-si sərnişin, qalanı isə ekipaj üzvləri olub.

İvanuşkin.S - ekipaj komandiri, baş leytnant

Hadisə baş verən ərazi xəritədə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar