"Qazprom" ətrafında aparılan siyasi spekulyasiyalara son qoyulmalıdır”

Gürcüstanda Rusiyanın "Qazprom" şirkəti ətrafında aparılan siyasi spekulyasiyalara son qoyulmalıdır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan edib.

O qeyd edib ki, energetika naziri Kaxa Kaladze ilə "Qazprom" nümayəndələri ilə aparılan danışıqlar Gürcüstanda ajiotaj yaradıb. G. Kvirikaşvili jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycan ilə strateji əməkdaşlıq etdiyini bildirib: "Biz o cümlədən SOCAR-la əməkdaşlıq edirik. Bizi bu əməkdaşlığa görə heç bir təhlükə gözləmir. Bunu mən bir daha bəyan edirəm", deyə baş nazir qeyd edib.

Giorgi Kvirikaşvili “Rustavi” televiziya kanalına "Qazprom"la bağlı danışıqların texniki problemlərə aid olduğunu deyib: "Söhbət hər hansı strateji danışıqlardan getmir. Bu məsələ artıq sona çatıb. "Qazprom" ilə danışıqlar sırf texniki olub və bunu siyasi spekulyasiya kimi əsassız olaraq davam etdirmək olmaz".

"Qazprom" ilə danışıqların davam etməsinə səbəb Rusiyanın Ermənistana göndərdiyi təbii qazın əvəzində Gürcüstana pul ilə ödəniş təklif etməsi olub", deyə Q. Kvirikaşvili bildirib.

Qeyd edək ki, keçən il dekabrın 31-dən Rusiyanın "Qazprom" şirkəti ilə razılaşmanın vaxtı sona çatıb və Gürcüstanın energetika nazirliyi şirkətdən kommersiya qiymətinə qaz almaq niyyətində olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar