Azərbaycanda GMO toxumlardan istifadə vəziyyəti yoxlanılacaq

Bu ilin mart ayında Azərbaycanın bəzi regionlarında təsərrüfatlarda genetik modifikasiya olunmuş (GMO) bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq üçün araşdırmalara başlanacaq. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktor müavini, Genetik Modifikasiya Olunmuş Bitkilər üzrə Ekspert Şurasının sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov deyib.

Azərbaycanın mövcud qanunvericiliyinin fermerə GMO toxumlardan istifadə etməyə icazə vermədiyini nəzərə çatdıran Şura sədrinin sözlərinə görə, təsərrüfatlarda GMO bitki toxumlarından istifadə vəziyyətini yoxlamaq məqsədilə ilk dəfə 2014-cü ildə Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala bölgələrində araşdırma aparılıb. Həmin bölgələrdə dünyada GMO məhsullarının ən çox rast gəlindiyi qarğıdalı, soya bitkiləri və kartof üzrə monitorinqlər aparılıb. Monitorinqlər zamanı bu bitkilər üzrə GMO toxumlar aşkarlanmayıb.

M.Abbasovun sözlərinə görə, GMO toxumlarından istifadə edilib-edilmədiyini araşdırmaq üçün növbəti monitorinqin Gəncə-Qazax və əsas iri taxılçılıq təsərrüfatları olan Şəki-Zaqatala bölgəsində aparılması planlaşdırılır. Bu zonalarda da əsasən, qarğıdalı və soya bitkiləri üzrə monitorinqlərin aparılması nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar