Rusiyada "rubl" etirazı

Rusiyada dollarda ipoteka krediti götürənlər, Rubluın dəyərdən düşməsi səbəbiylə uğradıqları zərərin dövlət tərəfindən qarşılanmasını tələb edirlər.

RIA Novostidə gedən xəbərə görə, Rusiya Mərkəzi Bankı qarşısında əllərində pankartlarla toplanan təxminən 250 adam, rublın sürətlə dəyərdən düşməsi səbəbiylə şüarlar səsləndirərək hökuməti etiraz edib.

Dollar/rubl cütlüyünün 30 rubl səviyyələrində olduğu dövrlərdə dollarda ipoteka krediti alanlar, məzənnənin sürətlə 77 səviyyələrinə gəlməsilə uğradıqları zərərin dövlət tərəfindən qarşılanmasını tələb edirlər.

Rusiyanın Baş naziri Dmitri Medvedev, daha əvvəl etdiyi şərhdə, zərər çəkmiş olanlara hökumət büdcəsindən dəstək məqsədiylə təxminən 60 milyon dollar ayrılacağını açıqlamışdı.  /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar