“Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur”

“Ankara və Moskvanın vasitəçilərə ehtiyacı yoxdur”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov bildirib. “Hesab edirik ki, indi vasitəçilər lazım deyil. Bizim mövqeyimiz Türkiyə tərəfinə məlumdur, diplomatik münasibətlərimiz pozulmayıb, Moskva və Ankaradakı səfirliklər fəaliyyətini davam etdirir. Əgər Türkiyə münasibətlərin normallaşdırılması üçün real addımlar atmaq istəsə, o zaman bunun üçün yetərli imkanları var”, - deyə diplomat söyləyib.

A. Karlov əlavə edib ki, münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının mövqeyi aydındır, Türkiyə bunun üçün rəsmi şəkildə üzr istəməli, günahkarlar cəzalandırılmalı və dəymiş zərərə görə kompensasiya ödənilməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar