BVF yardımı dayandırır

Beynəlxalq Valyuta Fondu Ukraynaya yardımı hələlik dayandırıb, indiki hökumətlə bağlı duruma aydınlıq gəlməsini gözləyir. Bunu ölkənin maliyyə naziri fevralın 8-də bildirib.

Ötən həftə iqtisadiyyat naziri qəfil istefa verib. Maliyyə naziri Natalia Yaresko-nun Ukraynanın ICTV televiziyasına dedikləri siyasi böhranın ölkənin kreditorlarla münasibətlərinə yaratdığı təhlükəni göstərir.

Baş nazir Arseny Yatseniuk hökumətinə dəstəyin zəif olması daha böyük nazir yerdəyişmələri barədə gözləntiləri artırıb. Fevralın ortasında hökumətə etimad səsverməsi keçirilə bilər.

Ukrayna oktyabrdan bəri BVF-nin 40 milyard dollarlıq yardım paketi çərçivəsində daha çox vəsait ayırmasını gözləyir. Həmin yardım BVF, Avropa Birliyi və Birləşmiş Ştatlar xəttilə ayrılır. Ancaq yardımdan ötrü Ukraynadan islahatlar, iqtisadiyyatın daha rəqabətli edilməsi, korrupsiyanın azaldılması istənilir. /Azadlıq radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar