Devalvasiya istehlak kreditlərini 300 manatdan çox artırıb

Azərbaycanda manatın təkrar devalvasiyasından sonra əhaliyə verilmiş istehlak kreditlərinin orta məbləğində 300 manatdan çox artım olub. Bu barədə fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Məlumata görə, 2015-ci ilin yekununda adambaşına istehlak krediti 3341 manat olub. Halbuki, ilin 11 ayının yekununda bu rəqəm 3015 manat təşkil edib.

Xatırladaq ki, manatın ilk devalvasiyasından sonra da istehlak kreditlərinin orta məbləğində nəzərə çarpacaq artım olmuşdu. O zaman bu göstərici yanvar ayının yekunundakı 3343 manatdan fevral ayının sonuna 3605 manata qalxmışdı. Yəni, dolların qiymətində 34% artım olduğundan avtomatik olaraq əhalinin “istehlak krediti” yükü də artmışdı. Bundan sonra vətəndaşlar kredit məsələsində daha ehtiyatla davranmağa, bacardıqca kredit götürməməyə və banklara olan borclarını azaltmağa başladılar. Son nəticədə növbəti devalvasiyaya qədər adambaşına istehlak kreditləri 20% azalaraq 3 min manata düşmüşdü. Amma manatın yenidən 50%-ən yaxın ucuzlaşması vətəndaşların “istehlak krediti” yükünü yenidən 300 manat artırdı.

Sonda onu da qeyd edək ki, istehlak kreditlərinin orta məbləği 2011-ci ilin yekununda 2862 manat, 2012-ci ilin yekununda 2847 manat, 2013-cü ilin yekununda 3226 manat, 2014-cü ilin yekununda isə 3383 manat olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar