“Suriyada 10 min Rusiya vətəndaşı qalıb”

Rusiyanın Dəməşqdəki səfiri deyir ki, hazırda müharibə gedən bu ölkədə 10 min Rusiya vətəndaşı yaşayır.

Səfir Aleksandr Kinshchak TASS agentliyinə bildirib ki, bu rəqəmə Rusiya pasportlu qarışıq ailələrdən olan suriyalılar da daxildir.

O, dəqiq rəqəm söyləməyin çətinliyini də vurğulayıb. Belə ki, rusiyalıların çoxu konsulluqda qeydə alınmırlar.

Səfirin sözlərinə görə, Rusiya vətəndaşları humanitar təyyarələrlə Suriyadan çıxa bilərlər. Həmin təyyarələr qərbi Latakya şəhərindən Rusiyaya uçur.

Rusiya sentyabrın 30-da Suriyaya hava zərbələrinə başlayıb. Hökuməti dəstəkləyir, ekstremist qrupların, müxalifətin tutduğu əraziləri geri almasına kömək edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar