Keçmiş general həbsxanada öldü

Bosniya serblərinin keçmiş generalı Zdravko Tolimir Haaqa həbsxanasında keçinib.

O hərbi cinayətlər və soyqrım ittihamı ilə ömürlük həbsə məhkum edilmişdi.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Hərbi Tribunalla əməkdaşlıq məsələlərinə baxan Rasim Ljajic dövlət televiziyasına bildirib ki, Tolimir fevralın 8-də tribunalın təcridxanasında vəfat edib.

67 yaşlı keçmiş general vaxtilə Bosniyadakı keçmiş serb ordusunun baş komandanı Ratko Mladiçin sağ əli hesab olunurdu.

Mladic də hazırda eyni məsələ ilə bağlı məhkəmə qarşısındadır.

Zdravko Tolimir ömürlük həbs cəzasına 2012-ci ildə məhkum edilmişdi.Apellyasiya məhkəməsi isə 2015-ci ildə hökmü qüvvədə saxlamışdı.

1992-95-ci illərdə gedən Bosniya müharibəsində təxminən 100 min adam ölüb.

Qeyd edək ki, həmin illər təkcə Serebrenitsa şəhərində 8 mindən çox müsəlman kişi və oğlan öldürülüb.  /Azadlıq radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar