"ÖYRƏNƏNƏ TÖVBƏ YOXDUR..." - Vəkildən sədr müavininə

Aslan-ISM1"Əminəm ki, bu qurum sadəcə əlavə rüşvət yığan mənbə olacaq..."

Tanınmış hüquqşunas Aslan İsmayılov öz feysbuk səhifəsində Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılmasına mübasibət bildirib. O, Apellyasiya Şurasının rəhbərinin Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov təyin olunmasını sərt tənqid edib:

"Dünən yazmışdım ki, "Hakimiyyətin 10 ildir apardığı analoqsuz iqtisadi inkişaf siyasəti bu gün onu Tsunqtsvanq vəziyyətinə salıb. Hakimiyyət təmsilçilrinin bu günkü böhrandan çıxmaq üçün atdığı istənilən addım iqtisadiyyatı daha pis duruma salır".

1rustem

Bu gün mətbuat yazır ki, "Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Rəhbər də Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov təyin olunub. Əminəm ki, bu qurum sadəcə əlavə rüşvət yığan mənbə olacaq. Çünki, bu qurumun üzvləri düz işləsələr adları rüşvət, korrupsiya ilə yanbayan olmazdı. Bu yerdə yüngül formada "öyrənənə tövbə yoxdur" deyimini yada salmamaq olmur".

P.S. Bu həmin Rüstəm Şahbazovdur ki, 2005-ci ildə zor gücü ilə Zülfüqarlı qardaşlarının 10 milyonlarla dəyəri olan zavodlarının 80 faizini qanunsuz yollarla öz sürücüsünün qohumunun (Lerik rayon sakini olan çoban Gəray Məmmədov) adına keçirmişdi".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar