Rusiya Suriyadakı vəziyyəti daha da ağırlaşdırıb

Rusiyanın hərəkətləri Suriyadakı gərgin vəziyyəti daha da ağırlaşdıraraq Avropaya qaçqın axınının artmasına səbəb olub. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bəyan edib.

D.Tusk Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə Brüsseldəki danışıqlarından sonra keçirilən mətbuat konfransında deyib ki, Rusiya Suriyadakı vəziyyəti daha da pisləşdirib.

Onun sözlərinə görə, Rusiyanın apardığı hərbi əməliyyatlar səbəbindən Avropaya üz tutan suriyalı qaçqınların sayı artıb: "Hazırda minlərlə qaçqın Türkiyə və Avropa tərəfə yollanır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar