Prezident Gəncədə yol tikintisinə 12 milyon manat ayırıb

ilham eliyev serencam yardim_348Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar