Türkiyə xarici işlər naziri: "ABŞ qərar versin..."

“İŞİD Türkiyə, ABŞ və Avropa İttifaqı üçün terror təşkilatıdır. İŞİD pisdir, çünki radikaldır. Amma PYG, PKK daha yaxşıdır, çünki marksist, leninçidir. Bu cür yanaşma olar? O da terror təşkilatıdır, bu da”.

APA-nın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin “PYG-ni terror təşkilatı kimi tanımırıq” açıqlamasını şərh edərkən deyib.

O qeyd edib ki, bu yolla terrorla mübarizə aparmaq olmaz: “Avropada bəzi sol partiyaları PKK ideologiyasını bölüşdüyü üçün onu terror təşkilatları siyahısından çıxarmağa çalışır. ABŞ qərar versin: ya bizi, ya terroru seçir. Biz ABŞ-a PKK ilə PYG-nin bir-birinə bağlı olduğunu demişik. Kerriyə də bunu dəfələrlə başa salmışam”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü C. Kirbi keçirdiyi mətbuat konfransında ölkəsinin YPG silahlı birləşməsini terror qruplaşması kimi tanımadığını və ona dəstəyini davam etdirəcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar