Ardaya 100 milyonluq təklif

Bu qış rekord transferlərə imza atan Çin klubları ilə bağlı daha bir iddia ortaya atılıb. ANS PRESS-in məlumatına görə, "Barselona"nın üzvü Arda Turanın da bu ölkədən təklif aldığı bildirilir.Məlumata görə, "Şanxay SİPG" və Burak Yılmazın transfer olunduğu "Pekin Quan" Türkiyə millisinin üzvünü hədəfə alıb. Hər iki klubun Arda Turanın qiymətini öyrənmək üçün "Barselona"ya müraciət etdiyi bildirilir.

"Barsa" rəsmiləri isə hələlik çinlilərin təklifinə cavab verməyib.İddia olunur ki, çinlilər bu transfer üçün İspaniya klubuna 100 milyon avro ödəməyə hazırdır. Futbolçunun özünə isə çinlilər illik 20 milyon avro təklif edmək fikrindədir.

"Beijinq Quan" klubu

Qeyd edək ki, bir neçə gün öncə Arda Turanın yaxın dostu Burak Yılmaz Asiya təmsilçisi "Beijinq Quan" klubu ilə anlaşıb. Bununla bağlı Arda sosial şəbəkədə dostu Ardanı təbrik edib.Burak yeni komandasında ilə 8 milyon avro qazanacaq. Çin klubu keçid üçün "Sarı-qırmızılar"a 8 milyon avro ödəyəcək. Bu məbləğin 25 faizi "Trabzonsor"a veriləcək. Burak Yılmaz "Qalatasaray"a Trabzon təmsilçisindən keçib və tərəflər arasında onun satılacağı halda müəyyən qazanc olunması barədə anlaşma var.

Bir müddət əvvəl Yılmazla Premyer Liqanın "Vest Hem" klubu ciddi maraqlanıb.Yayılan məlumata görə, Burak ingilsilərin etdiyi illik 2,5 milyon avroluq təklifi qəbul edib. Lakin klublar ortaq məxrəcə gələ bilməyib. Burak "Qalatasaray"da ilinə 2,8 milyon avro qazanır.

Burak Yılmaz

2013-cü ildə İngiltərənin məşhur "Mançester Yunayted" klubu Burak Yılmazı transfer etmək niyyətində olub. Klubunun əfsanəvi baş məşqçisi Aleks Ferqyuson hücumçunun oyununu İstanbulda Mançester təmsilçisi ilə qarşılaşmaları zamanı bəyənib. Ferqyuson oyunçuya görə o zaman 13 milyon avro ödəmək niyyətində olub. Lakin sonradan transfer baş tutmayıb.Burak Yılmaz 2012-ci ildə "Trabzonspor”dan "Qalatasaray”a 5 milyon avroya keçib.

Qeyd edək ki, ”Qalatasaray” yaxın günlərdə maliyyə böhranını aradan qaldıra bilməsə ciddi cəzalarla üzləşə bilər. Bu barədə UEFA-nın Türkiyə Futbol Federasiyasına göndərdiyi məktubda qeyd olunur. “Qalatasaray” klubu maddi durumunda irəliləyiş olmayacağı təqdirdə Çempionlar Liqası və Avropa Liqasından məhrum ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar