Davudoğlu Rusiyaya Əfqanıstanı xatırlatdı

Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyanın hava-kosmik qüvvələrinin Suriyadakı hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edib. Musavat.com “Hürriyet”ə istinadən xəbər verir ki, Əhməd Davudoğlunun sözlərinə görə, Rusiya Suriya münaqişəsində SSRİ-nin 1979-cu ildə Əfqanıstanda düşdüyü vəziyyətə düşə bilər.

“Sovet İttifaqı qüvvələrinin soyuq müharibə dövründə Əfqanıstana girdiyini və sonra bu ölkəni asılı vəziyyətə saldığını unutmamalıdır. Bu gün Suriyaya girənıər də ölkəni asılı vəziyyətə salacaqlar”, - Davudoğlu bildirib.

Türkiyənin baş naziri əlavə edib ki, Rusiyanın Suriyadakı hava zərbələrinin yalnız 10%-i İŞİD-in mövqelərinə endirilir.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Türkiyə münasibətlərinin son onilliklər ərzində ən pis vəziyyətdə olduğunu bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar