​ABŞ-ın Türkiyədəki səfiri PYD ilə bağlı bəyanata görə XİN-ə çağırılıb

Türkiyənin Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların nümayəndəsi Con Kirbinin Vaşinqtonun Suriya kürdlərinin "Demokratik İttifaq" Partiyasını terror təşkilatı hesab etməməsinə dair bəyanatından sonra ABŞ-ın Ankaradakı səfirini idarəyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə XİN-in əməkdaşına istinadən "Reuters" məlumat yayıb.

Rəsmi Ankara "Demokratik İttifaq"ı muxtariyyət hüququ uğrunda Türkiyə hakimiyyəti ilə mübarizə aparan və Türkiyə, ABŞ, Avropa İttifaqında terror təşkilatı sayılan PKK-nın bir hissəsi hesab edir. Eyni zamanda Birləşmiş Ştatlar Suriyada İŞİD-ə qarşı mübarizədə sözügedən türkləri dəstəkləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar