"SOCARvə “Rosneft” Avropada birgə şirkət yaradıblar" - Səfir

“Hazırda Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanları müzakirə olunur”. APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Komsomolskaya pravda” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın aparıcı neft-qaz şirkətləri Azərbaycanın müvafiq şirkətləri ilə uğurla əməkdaşlıq edirlər: “Məsələn, “Lukoyl” Xəzərdə ən iri “Şahdəniz” qaz yatağının işlənməsi layihəsinin sərmayəçisidir. “Qazprom” Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-la sıx əməkdaşlıq edir. Hazırda Rusiya qazının Azərbaycana tədarükünün başlanılması imkanları müzakirə olunur. SOCAR şirkəti ilə Rusiyanın “Rosneft” neft-qaz şirkəti Avropada qeydiyyatda olan birgə şirkət yaradıblar. Azərbaycanda həmçinin ildə 1 mln ton neft hasil edən Rusiyanın “Russneft” neft şirkəti də çalışır”.

Doroxin həmçinin iki ölkə arasında elektrik enerjisi sahəsində də sıx əməkdaşlığın qurulduğunu qeyd edib: “Azərbaycan və Dağıstan arasında elektrik enerjisinin mübadiləsinə dair razılaşma tam icra olunur. Biz hazırda bu aspektdə Rusiya, Azərbaycan və İran arasında “üçbucağın” yaradılması üzərində çalışırıq. Bütün bunlar çoxlu csayda insanlar üçün yeni iş yerlərinin yaradılması deməkdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar