İran Səudiyyə Ərəbistanı ilə nefti müzakirə etməyə hazırdır

İran tərəfi beynəlxalq neft bazarlarındakı vəziyyəti Səudiyyə Ərəbistanı ilə müzakirə etməyə hazırdır. APA-nın “PressTV”-yə istinadən verdiyi xəbərə görə, bunu İranın neft naziri Bican Zənqane deyib.

“Biz Səudiyyə Ərəbistanı və OPEK ölkələri ilə dialoqun və əməkdaşlığın istənilən formasını dəstəkləyirik”, deyə o qeyd edib.

Onun sözlərinə görə, Fars körfəzinin bəzi ölkələri neftin ucuzlaşmasını dəstəkləyərək iqtisadi faydaya nail olmaq cəhdləri barədə açıqlamalar verirlər: “Lakin, onların məqsədləri, əslində, heçdə iqtisadi fayda əldə etmək deyil”.

“Möhkəm siyasi iradə olarsa, neftin qiymətini bir həftə ərzində nizamlamaq mümkün olardı”, deyə Bican Zənqane bildirib.

Nazirin sözlərinə görə, neft istehsalçılarının heç biri hazırkı qiymətlərdən razı qala bilməz, çünki bu uzaq perspektivdə tədarükçülərə ciddi zərərlə nəticələnəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar