Obamadan rekord büdcə

ABŞ Prezidenti Barak Obama, 4.1 trilyon dollarlıq rekord səviyyədəki 2017 Büdcə Təklifini Konqresə göndərdi.

Ağ Ev və ABŞ Xəzinə Nazirliyindən edilən yazılı açıqlamalara görə, 2017-ci il Büdcə Təklifi terror, iqlim dəyişikliyi, kiber hücumlar və xərçənglə mübarizədən təmiz enerji sərmayələrinə qədər bir çox mövzunu əhatə edir.

ABŞ-da tətbiq olunan maliyyə ilinə görə, 1 Oktyabr 2016 - 30 Sentyabr 2017 dövrünü əhatə edəcək büdcə, ölkənin gələcəyini zəmanət altına alacaq fəaliyyətlər üçün 4.1 trilyon dollarlıq rekord xərcləmə edilməsini nəzərdə tutur.

Obamanın səkkizinci və son büdcə planı çərçivəsində, ABŞ-ın Müdafiə nazirliyinə 582.7 milyard, Xarici işlər nazirliyinə 50.1 milyard, Xəzinə Nazirliyinə 13.3 milyard dollar ayrılması planlaşdırılır.

İŞİD-lə MÜBARİZƏYƏ 11 MİLYARD DOLLAR

Obamanın 2017 maliyyə ilinə bağlı büdcə planı, terror təşkilatı IŞİD-in yox edilməsinə istiqamətlənmiş fəaliyyətlər üçün 11 milyard dollarlıq maliyyə ayırılmasını nəzərdə tutur. ABŞ-ın Müdafiə və Xarici işlər nazirliklərinə köçürüləcək 11 milyard dolların, IŞİD-ə qarşı döyüşən qrupların təhsili və təchizatı, təşkilatın maliyyə qaynaqlarının kəsilməsi, regional tərəfdaşların gücləndirilməsi, qarşıdurmalardan təsirlənənlərə insani köməyin göstərilməsi və Suriyadakı vətəndaş müharibəsinin siyasi yolla həll olunması üçün istifadə edilməsi planlaşdırılır.

"RUSİYA-NIN TƏCAVÜZLƏRİNƏ" QARŞI 4.3 MİLYARD DOLLAR

Büdcə təklifi, "Rusiyanın təcavüzkar mövqeyinə" məruz qalan NATO müttəfiqləri və Avropa, Avrasiya, Orta Asiyadakı tərəfdaş ölkələrin müqavimətini artırmaq məqsədilə 4.3 milyard dollar xərclənməsini ehtiva edir.

KİBER HÜCUMLARA QARŞI 19 MİLYARD DOLLAR

Son illər gedərək artan kiber hücumlar 2017 büdcəsinə də əks olunub. Obama, kompüter "quldurlarının" hədəfi olan federal təşkilatların təhlükəsizliklərinin gücləndirilməsi məqsədilə, 19 milyard dollarlıq maliyyə ayrılmasını tələb edir.

BARRELİNƏ 10 DOLLARLIQ NEFT VERGİSİ

Büdcə təklifində ən diqqət çəkən maddələrdən biri, ölkədəki neft şirkətlərinə çıxardıqları və idxal etdikləri hər barel neft üçün 10 dollar vergi qoyulmasıdır. Buradan əldə ediləcək təxminən 320 milyard dollarlıq gəlirin iqlim dəyişikliyi ilə mübarizə daxilində təmiz infrastruktur və enerji sərmayələri üçün istifadə ediləcəyi ifadə edilir. Büdcə təklifində, eyni zamanda, şirkətlərə karbon 4 oksid qazının azaltması üçün 2 milyard dollarlıq vergi təşviqi təmin edilməsinə dair də bir təklif var.

XƏRÇƏNGLƏ MÜBARİZƏYƏ 1 MİLYARD DOLLAR

Obama, büdcə çərçivəsində xərçəngin müalicəsinə istiqamətli araşdırmalar üçün 1 milyard dollar maliyyə ayrılmasını istəyir. Bundan başqa, büdcə ABŞ Milli Səhiyyə İnstitutuna biyomedikal araşdırma layihələri üçün 33.1 milyard dollar qaynaq təmin edilməsini nəzərdə tutur.  /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar