10 gün əvvəl özünü yandıran müəllimə ölüb

Ağcabədi rayonunda 10 gün əvvəl özünü yandıran qadın dünyasını dəyişib.

APA-nın məlumatına görə, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı fevralın 9-da müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə fevralın 1-də Ağcabədi şəhərində qeydə alınıb. Şəhər sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı özünü yandırıb. Qadının vəziyyətinin ağır olduğundan müalicə üçün Bakıya göndərildiyi bildirilir.

Z. Ələkbərova Ağcabədi rayonunda yerləşən 14 saylı orta məktəbin müəlliməsi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar