Bakıda dəhşətli olay: yeni evlənən gənc özünü yandırıb öldürdü

Onun banka kredit borcu varmış

Bakıda daha bir intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, bu gecə Zirə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü Ömərli Taleh Hümbət oğlu üstünə benzin tökərək özünü yandırıb.

Ağır vəziyyətdə xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, T.Ömərli bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Maddi baxımdan problemləri olan 23 yaşlı Taleh ailəyə baxa bilmirmiş, bundan başqa onun banka da kredit borcu varmış.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar