Türkiyənin “Simurqu” havaya qalxdı - FOTO

Türkiyə “ANKA” adlı (“Simurq” - red.) yerli pilotsuz uçan aparatı (PUA) sınaqdan keçirir.

Oxu.az xəbər verir ki, bu barədə Anadolu agentliyi ölkənin Silahlı qüvvələrinin möhkəmləndirilməsi Fonduna istinadən məlumat yayıb.

Fondun məlumatına görə, bu gün ANKA pilotsuzu dörd saatlıq uğurlu uçuş həyata keçirib.

Türkiyədə “ANKA” üzərində iş 2004-cü ildən aparılır.

Layihə üzərində 180 türk mühəndisi işləyib.

“ANKA” uzunmüddətli uçuş qabiliyyətinə malik orta hündürlüklü aparatlar sinifinə daxildir.

Türkiyənin pilotsuzu İsrailin “Heron” pilotsuzu ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Əgər “Heron” 30 min fut hündürlüyə 185 kq yük qaldıra bilirsə, “ANKA”nın qaldırdığı yükün çəkisi 200 kq-dan artıqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar