BP-nin vitse-prezidenti BANM-də çıxış edib - Foto

BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot (Robert Watt) Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Safety and Operational risks” (Təhlükəsizlik və əməliyyat riskləri) mövzusunda təqdimatla çıxış edib.

Təqdimatdan öncə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in beynəlxalq neft-qaz şirkətləri ilə əlaqələrindən söz açaraq Ali Məktəbin BP şirkəti ilə əməkdaşlığından danışıb. O, bildirib ki, Ali Məktəbin tələbələri BP-də mütəmadi olaraq təcrübə keçirlər və gələcəkdə öz karyeralarını digər beynəlxalq şirkətlərlə yanaşı, BP-də qura bilmə imkanları var.

BP şirkətinin Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri Departamenti üzrə vitse prezidenti Robert Vot öz təqdimatında neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar barədə məlumat verib. Bu qəzaların baş vermə səbəbləri və həmçinin, bu tip qəzaların baş verməməsi üçün BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirləri haqqında söz açıb.

Sonda Robert Vot tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Qeyd edək ki, təqdimatda BANM-in 150-dən artıq tələbəsi iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar