"Daxilolmalar azalacaq, xeyli kəsir olacaq" - Vergilər

2016-cı ildə neft sektorundan büdcəyə daxilolmaların məbləği xeyli azalacaq.

Bu barədə Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumunda vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

"Qarşıdakı ildə gözlənilir ki, büdcəyə vergi daxilolmaları proqnozlarında neft-qaz sektorundan daxilolmalarda xeyli kəsir olacaq. Biz buna ciddi yanaşırıq. Bununla bağlı əlavə mənbələr axtarılıb və tapılıb. Hesab edirik ki, büdcənin gəlir hissəsinin təmin olunmasında Vergilər Nazirliyi proqnozları tamamilə yerinə yetirəcək. Biz sahibkarlardan da xahiş edirik ki, onlar bu məsələləri nəzərə alsınlar və büdcəyə ödənilməli olan vergiləri tam həcmdə ödəsinlər. Belə olduğu təqdirdə, bizim heç bir problemimiz olmayacaq", - deyə S. Ələkbərov vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar