İlhamə Quliyevanın oğlu danışdı - Anasını ifşa etdi

Xalq artisti İlhamə Quliyevanın adı cinayət işində hallanan oğlu Orxan Nadirov qaranlıq qalan məqamlara aydınlıq gətirib.

AzNews.az-la əlaqə saxlayan O.Nadirov sözügedən cinayət işində, təqsirli olmadığını, yalnız şahid qismində iştirak etdiyini bildirib: “Kiminsə adı cinayət işində hallanırsa, bu, o demək deyil ki, həmin adam cinayətkardır.

Əgər qaranlıq qalan məqamlar varsa, onu deyim ki, hazırda o cinayət işində heç kimin cinayəti sübuta yetirilməyib. O işə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.

Bundan əlavə mənim adım sözügedən cinayət hadisəsində şahid qismində keçir. Nə məndən şikayət edən var, nə mənim barəmdə cinayət işi qaldıran. O ki, qaldı Vüqar Bəkirova, o, başqa cinayət əməlinə görə həbs edilib. Onun bu cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Bu cinayət əməlində hələ heç kim təqsirli şəxs qismində tanınmayıb”.

Cinayət işinin nə ilə bağlı açılması sualına isə O.Nadirovun cavabı belə olub: “O hər nə cinayət işidirsə, cinayət əməli sübuta yetiriləndən sonra istintaq orqanları açıqlama verəcək”.

O.Nadirov bir müddət əvvəl Heydər Əliyev adına Hava Limanında da məhz bu cinayət işi bağlı saxlanıldığını təsdiqləyib: “Yenə də deyirəm mən həmin cinayət işində yalnız şahid kimi keçirəm. Həmin vaxt saxlanılmağım və polisə aparılmağım da bununla bağlı idi”.

Xatırladaq ki, bir müddət əvvəl Orxan Nadirovla dostu Vüqar Bəkirovun Hava Limanında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verildiyi ilə bağlı məlumat yayılmışdı.

Lakin Xalq artisti İ.Quliyeva məlumatları təkzib etmişdi: “Orxan evdədir, dostu da onun yanında. Bu məlumat yalnışdır. Kürdəxanıda oturan qulluqçunun adamları bu xəbərləri yayır".

Qeyd edək ki, dünən AzNews.az Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılması ilə bağlı məlumat yayıb.

Bu gün isə Binəqədi rayon Prokurorluğundan məsələ ilə bağlı açıqlama verilib. Bildirilib ki, O.Nadirovun adı cinayət işində hallanır və o, bu iş üzrə dindirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar