Salyanda 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib - FOTOLAR

10 fevral 2016 cı il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan rayon İcra hakimiyyətinin 2015-ci ilin sosial- iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.

Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir.

Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı T.Kərimov məruzə etmişdir. T.Kərimov çıxışında 2015-ci ildə rayonda görülmüş işlərdən danışmış, qazanılmış uğurları qeyd etmiş, sahibkarlığın inkişaf etdirilməsi və qarşıda duran məsələlərin həll edilməsi sahəsində görüləcək işlərdən bəhs etmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuş, sahibkarlar, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiətin nümayəndələri çıxış etmişlər. Yığıncaqda qərar qəbul edilmişdir. Tədbir iştirakçıları möhtərəm Prezidentimiz cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

Tədbirdə rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Yığıncaqda Azəbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçısı İbrahim Mustafayev, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı iştirak və çıxış etmişdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar