Azərbaycanda geniş vergi amnistiyasının tətbiqi təklif olunur

Azərbaycanda geniş vergi amnistiyasının tətbiq edilməsi təklif olunur. Trend-in məlumatına görə, müvafiq təkliflə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi, "Deloitte"in Azərbaycanda partnyoru Nuran Kərimov çıxış edib.

Onun sözlərinə görə, belə eksperimenti Rusiya aparır: "Onların hansı nəticələr əldə edəcəyinə baxmaq lazımdır və bu, Azərbaycanda tətbiq edilə bilər. Belə addımlar sahibkarların ölkədən çıxardıqları vəsaitləri qaytarmağa kömək edə bilər".

N.Kərimov qeyd edib ki, Azərbaycanda investisiyaların qorunması haqqında beynəlxalq sazişlərin tətbiqi imkanlarını öyrənmək lazımdır: "İnvestor əmin olmalıdır ki, vəsait qoyuluşundan sonra oyunun qaydaları dəyişməyəcək və onun vergi yükü artmayacaq".

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələri də vergi tutumundan azad etmək vacibdir.

N.Kərimov deyib ki, vergilərin sabit səviyyəsini də müəyyənləşdirmək lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar