​Türkiyə və İsrail təmsilçiləri yenidən görüşəcək

Bu gün Türkiyə və İsrail təmsilçiləri arasında yeni görüş keçiriləcək.

"Report" "Haaretz"ə istinadən xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyi Türkiyə rəsmiləri ilə görüşün olacağını təsdiqləyib.

Məlumata görə, görüş İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

İsrail mətbuatının yazdığına əsasən, toplantıda İsraili baş nazir Binyamin Netanyahunun təmsilçisi Cozef Kieçanover, milli təhlükəsizlik üzrə müşavir Yakob Nagel, Türkiyəni isə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu təmisl edəcək.

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin basqın nəticəsində Türkiyənin 9 vətəndaşı həlak olmuşdu. 6 ilə yaxındır iki ölkə arasında əlaqələr mövcud deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar