OPEC-in neft istehsalı artdı

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı, yanvarda gündəlik ortalama 131 min barel artaraq, 32,3 milyon barelə yüksəlib.

OPEC-in yanvar ayına dair "Neft Bazarı Hesabatı"na görə, kartel ölkələri içərisində xam neft istehsalını ən çox Nigeriya, Səudiyyə Ərəbistanı, İraq və İran reallaşdırıb, Angola və Əlcəzairdə isə neft istehsalı azalıb.

Məlumatlara görə, 2015-də gündəlik 92,96 milyon barel olan qlobal neft tələbi, bu il gündəlik ortalama 1,25 milyon barel artımla 94,21 milyon barelə çatacaq.

Keçən il 56,87 milyon barel olan OPEC xaric neft təklifinin (istehsalın) də bu il gündəlik 0,7 milyon barel enişlə 56,17 milyon barelə geriləyəcəyi təxmin edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar