"Qalatasaray" avrokuboklardan kənarlaşdırıldı

UEFA Türkiyə futbolunun avrokuboklarda ən uğurlu təmsilçisi "Qalatasaray”ı 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb. ANS PRESS-in məlumatına görə, buna səbəb klubun maliyyə feyr-pleyində ilişməsidir.

Bu barədə İstanbul klubunun prezidenti Dursun Özbək məlumat verib. Prezident cəzanın səbəbkarları kimi sabiq rəhbərliyi nişan verib.

"164 milyon həqiqətən yüksək məbləğdir. UEFA bizə xəbərdarlıq etmişdi. Onlardan daha bir şans istədim. Amma vermədilər. Bu haqsız cəzadır. İndiyə qədər klubumuzu idarə edənlərin yol verdiyi səhvlərin cəzasını çəkirik.Onlar bəzi məsələlərdə səriştəsizlik ediblər”,- deyə Dursun Özbək bildirib.

Dursun Özbək

Qeyd edək ki, bir müddət əvvəl ”Qalatasaray”ın yaxın günlərdə maliyyə böhranını aradan qaldıra bilməsə ciddi cəzalarla üzləşə biləcəyi barədə məlumatlar yayılmışdı. Bu barədə UEFA-nın Türkiyə Futbol Federasiyasına göndərdiyi məktubda qeyd olunurdu.

“Qalatasaray” klubu maddi durumunda irəliləyiş olmayacağı təqdirdə Çempionlar Liqası və Avropa Liqasından məhrum ola biləcəyi ilə bərabər digər cəzalarda ala bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar