“NATO Qara dənizdə mövcudluğunu genişləndirəcək”

NATO Qara dəniz və Aralıq dənizində hərbi mövcudluğunu genişləndirəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz NATO-ya üzv ölkələrin müdafiə nazirləri ilə Alyansın Qara dəniz və Aralıq dənizinin şərq hissəsində hərbi-dəniz mövcudluğunun genişləndirilməsinə dair razılığa gəldik”, deyə Y.Stoltenberq bldirib.

Onun sözlərinə görə, bu günədək Alyans Şərqi Avropada 6 qərargah yaradıb. İlin sonunadək daha 2 qərargahın yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şərqi Avropada Alyansın mövqeyinin möhkəmləndirilməsini təsdiqləyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar