ABŞ hərbçilərindən Rusiyaya xəbərdarlıq

Keçmiş ABŞ hərbçiləri və təhlükəsizlik rəsmiləri xəbərdarlıq ediblər ki, NATO və ABŞ Moskvanın Avropa və Yaxın Şərqdəki hərəkətlərinə daha kəskin cavab verməlidir.

ABŞ-ın Avropadakı keçmiş hərbi rəisi Ceyms Stavridis fevralın 10-da daha kəskin sanksiyalara çağırıb.

Pentaqonun Rusiya üzrə keçmiş rəsmisi Evelin Farkas isə bildirib ki, Rusiya Avropada istənilən hərbi toqquşmada taktiki nüvə silahından istifadəyə hazır olduğuna işarə edir.

O nümayəndələr palatasının silahlı qüvvələr üzrə komitəsində çıxış edərkən deyib ki, əgər Rusiya 1987-ci ildə imzalanmış silahlara nəzarət müqaviləsinə məhəl qoymamaqda davam etsə, ABŞ orta mənzilli nüvə silahlarının Avropaya qaytarılmasının mümkünlüyünə baxmalıdır ("Azadlıq" radiosu).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar