Neft yenidən 26 dollara düşüb

Neft ucuzlaşır. Buna səbəb ABŞ-da Qərbi Texas nefti (WTI) ehtiyatlarının rekord səviyyəyə yüksəlməsidir.

Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, ABŞ-ın ən böyük neft yığma bölgəsi Cushing, Oklahomadakı bazalarda neft ehtiyatları, 523,000 barrel artaraq 64.7 milyon barrelə çatıb. Bu bölgənin neft yığıb saxlama (stok) gücü 73 milyon barreldir. Rusiyanın ən böyük neft istehsalçısı Rosneft, ənənəvi bazarlarını qoruyacağını qeyd edib və istehsalı salmaq üçün əlaqələndirilmiş şəkildə hərəkət ediləcəyinə dair şübhələrinin olduğunu açıqlayıb.

Bazar strateqləri bildirirlər ki, üfüqdə neft qiymətlərinin 35-36 dollara zonasına doğru çıxacağına dair bir işıq görünmür. Şirkətlərin dediklərinə baxdıqda, onların hasilatı azaltmağa getmək istəmədikləri görünür.

Neft bu il, beynəlxalq sanksiyaların qalxmasının ardından İranın ixracını artırmağa hazırlaşması və ABŞ-da yüksək qalan neft ehtiyatlarının qlobal hasilat bolluğuna dair narahatlıqları artırmasının təsiri ilə 27 faiz düşüb. ABŞ-ın neft ehtiyatları ötən həftə 754,000 barel düşməsinə baxmayaraq, hazırda beş illik orta göstəricidən 130 milyon barrel çoxdur.

Qərbi Texas nefti (WTI), Nyu-Yorkda Nymex birjasında 4% düşərək 26.72 dolara, Brent nefti, Londonda ICE Futures Europe birjasında 1,5% düşərək 30.37 dollara enib.   /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar