Hökumət sualtı sərvətləri müəyyən etdi

Nazirlər Kabineti «Azərbaycan ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası»nı təsdiq edib. Bundan başqa, «Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası» da təsdiq olunub.

Sualtı mədəni irs nümunələrinə öz təbii, arxeoloji mühiti ilə birgə 100 ildən çox suyun altında qalan obyektlər, tikililər, onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar aid edilir. Habelə su altındakı gəmilər, uçuş, nəqliyyat vasitələri, onların hissələri, yükü və qədim tarixi əşyalar da bu qəbildəndir. Ancaq suyun dibi ilə çəkilmiş kabellər, boru kəmərləri sualtı mədəni irs nümunələrinə aid edilmir.

Azərbaycanın ərazisində sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid olub-olmadığını Mədəniyyət və Turizm Nazirliyi ekspertiza yolu ilə müəyyən edilir.

Onların hər birinə bu nazirlik şəhadətnamə verilir.

Dövlət sualtı mədəni irs nümunələrindən turizm, elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar