Saakaşvili mühafizəçilərdən imtina edib

Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka məktub yollayaraq, mühafizədən imtina etdiyini bildirib. Modern.az saytı xəbər verir ki, Mixail Saakaşvili bu barədə «Facebook» sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb. İndiyə kimi onun təhlükəsizliyini «Alfa» xüsusi dəstəsinin əməkdaşları qoruyurdular.

«Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm», - Saakaşvili belə yazıb.

Qubernator qeyd edib ki, bu addımı «son hadisələrə, bəyanatlara, həmçinin əlində olan informasiyaya əsaslanaraq» atmaq qərarına gəlib. O, söhbəıtin konkret olaraq nədən getdiyini açıqlamayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar