​Nardaranda kompensasiya verilən şəxslərin sayı açıqlanıb

Bakının Nardaran qəsəbəsinin Abşeron küçəsində sökülən obyektlərə görə 28 nəfərə kompensasiya ödənilib.

Bunu "Report"a açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda həmin küçədə obyekti olan şəxslərə kompensasiyaların verilməsi davam edir.

A.Nəcəfli bildirib ki, qəsəbənin Nəsrullah Əsgərov küçəsində də siyahıyalma və söküntü işləri aparılır.

Qeyd edək ki, Nardaranın Abşeron küçəsində siyahıyaalmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Siyahıya alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir. Həmin obyektlərin 1 kv.m üçün 100-400 manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar