İstanbulda iki qəzetin redaksiyasına hücum edilib

Türkiyədə “Yeni Şafak” və “Yeni Akit” qəzetlərinin ofislərinə hücum nəticəsində bina və redaksiyaya zərər dəyib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə türk KİV məlumat yayıb.

Məlumata görə, hücumlar eyni anda həyata keçirilib. Maska taxmış beş nəfər “Yeni Şafak” qəzetinin binasının girişinə yaxınlaşaraq “Molotov” kokteyli atıblar, daha sonra qəzetin ofisinə atəş açıblar.

Eyni anda “Yeni Akit” qəzetinin redaksiyasına da hücum olub.

“Yeni Şafak” qəzetinin redaksiyası İstanbulun Bayrampaşa rayonunda, “Yeni Akit” qəzetinin ofisi isə Küçükçekmece rayonunda yerləşir.

Polis araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar