Məhkəmədə 17 yaşlı qız qardaşını öldürdüyünü etiraf edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə A. Baxışova çıxış edərək qardaşını özü öldürdüyünü bildirib.

Xatırladaq ki, ötən proses zamanı o, qardaşını qonşuları Ələsgər Səlimovun öldürdüyünü bildirmişdi.

Məhkəmə prosesi fevralın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Qusar rayonunun Lecet kənd sakini, 1997-ci il təvəllüdlü A. Baxışova ailə münaqişəsi zəminində qardaşını qətlə yetirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində A. Baxışova saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Sosial səhifələrdə p

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar