Bakının ən hündür zonasında çatlar yarandı - FOTOLAR

Son günlər havaların yağışlı keçməsi nəticəsində 104939ank">Bayıl massivində sürüşməyə meyilli ərazilərdə aktivləşmələr müşahidə olunur. ANS PRESS-in məlumatına görə, aktivləşmə daha çox istinad divarlarında hiss olunur.

Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsinə yaxın ərazilərdə apardığımız müşahidələr göstərdi ki, hər ay çatlar müəyyən qədər genişlənir. Hətta bunu sürüşmə baş verən ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq məqsədilə istifadə etdiyi gips mayaklardan da görmək olar.

Çünki Bayıl yamacında yerləşən istinad divarında 08.09.2015-ci ildə aparılan yoxlanışlar zamanı divara yerləşdirilən gips mayaklardan görünür ki, hazırda çatlar genişlənməkdə davam edir.

"Əbədi məşəl” abidəsinə yaxınlığında yerləşən divardakı çatlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji kəşfiyyat xidmətinin rəisi Ələmdar Piriyevdə ANS PRESS-ə açıqlamasında Bayıl massivində yerləşən sürüşmə sahəsində aktivləşmələrin olduğunu təsdiqlədi.

“Yağışların yağması nəticəsində Şəhidlər xiyabanındakı “Əbədi məşəl” abidəsi ətrafında divarlarında müəyyən çatlar müşahidə olunur. Amma genişlənmə “Əbədi məşəl” abidəsindən xeyli uzaqda yerləşir”, -deyə xidmət rəisi bildirdi.

Bakıdan sürüşmənin baş verdiyi ərazi

Onun sözlərinə görə, həmin ərazidə yerləşən çatlar da 1 sm-ə qədər genişlənib. “Çat yaranan istinad divarları işarələnib. Bu genişlənmə həm divarlarda, həm də yer səhtində davam edir. Çatlar qarlı – yağışlı havalara görə artır. Bu isə təbii prosesdir”.

Ələmdar Piriyev bildirdi ki, Gülüstan sarayının divarlarında yaranan çatlar kiçikdir.“Həmin ərazidə də müşahidələr aparılıb. Hələ ki, heç bir təhlükəli fakta rast gəlinməyib”,-deyə qurum rəsimisi qeyd etdi.

Gülüstan sarayının ətrafında yaranan çatlar

Azərbaycanın Şamaxı -Muğanlı- İsmayıllı yolunda, Ağsu aşırımında, Xızı, Siyəzən , Şabran ,Qusarda , Lənkəran- Astara , Lerik yollarındakı, eləcə də Kiçik Qafqazda Gədəbəy, Daşkəsən, Göygöl rayonundakı sürüşmə əraziləri var.

Xidmət rəisi bildirdi ki, bölgələrdə yerləşən sürüşmə zonalarında torpaq qarla örtürdüyü üçün müşahidə aparmaq mümkün deyil. “Amma buna baxmayaraq, nəzərəçarpan bir aktivləşmə müşahidə olunmur”,-deyə Ələmdar Piriyev qeyd etdi.

Ələmdar Piriyev həmçinin onu da qeyd etdi ki, Bakı Beynəlxalq Avtovağzalının ərazisində çökmə prosesi dayanıb.

Qurulan istinad divarı

Azərbaycanda son ən böyük sürüşmə avtovağzalın ərazisində baş verimişdi. Çatlar ərazidə oktyabr ayının əvvəllərində yaranmağa başlayıb. Ərazinin hər gün bir az daha qəzalı vəziyyətə düşdüyünü görən Bakı Beynəlxalq Avtovağzalının əməkdaşları ərazidə ən böyük təhlükə mənbəyinə çevrilmiş istinad divarının söküntüsünə başlamışdılar. Sürüşmənin ərazidəki yaşıllıqların həddindən çox suvarılması nəticəsində baş verdiyi bildirilirdi.

Avtovağzal yaxınlığında yaranan çatlar

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar