ABŞ generalı mətbuat konfransında özündən gedib (FOTO)

ABŞ Silahlı Qüvvələrinin general-mayoru Ceyms Martin Pentaqonda keçirilən mətbuat konfransında huşunu itirib.

APA-nın məlumatına görə, C. Martin ABŞ hərbi-hava qüvvələrinin büdcə layihəsi ilə bağlı suala cavab verən vaxt özündən gedib.

General ən yeni F-35 qırıcılarının istehsalı proqramının maliyyələşməsi barədə danışarkən qəfildən tribunaya doğru əyilib. Yaxınlıqdakı şəxslər dərhal generala yardım göstərib, su veriblər.

O özünə gələndən sonra xəstəxanaya yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar