Mətbuat Şurası Azay Quliyevə görə iki sayta xəbərdarlıq edib

azay_guliyev_190515_02Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev haqqında məlumat yayan iki sayta xəbərdarlıq edib.

Şuradan APA-ya verilən məlumata görə, yanvarın 29-da A. Quliyev haqqında xeber.info və arqument.az saytlarında böhtan və şantaj xarakterli yazı dərc edilib. Şura isə qeyd olunan qanunazidd əməllərin araşdırılması, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan, dövlət orqanının işgüzar nüfuzuna kölgə salmağa çalışan yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına müraciət edib: “Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 5 fevral 2016-cı il iclasında xeber.info və arqument.az saytlarında verilən sözügedən yazılarda “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin və “Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın pozuntusu hallarına yol verildiyi qeyd olunub. İclasda iştirak edən hər iki KİV rəhbəri Şuranın etiraz müraciəti ilə razılaşdıqlarını və Mətbuat Şurasının çıxaracağı qərarın icrasına hazır olduqlarını vurğulayıblar. Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası hər iki sayta xəbərdarlıq elan etməklə, şikayətin predmeti olan materialın saytdan çıxarılması, təkzib verilməsi və Azay Quliyevdən üzr istənilməsi haqqında rəy verib. Bu gün xeber.info və arqument.az saytları sözügedən yazı ilə bağlı təkzib xarakterli məlumat dərc edib və Azay Quliyevdən üzr istəyiblər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar