Rüstəmxanlıdan Eynulla Fətullayevə ağır sözlər - "Dosta, yoldaşa xəyanət edən"

Jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az saytının Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, keçmiş deputat Sabir Rüstəmxanlı haqqında yazdığı yazı qalmaqala səbəb olub.

Yazıda Sabir Rüstəmxanlının müxalifətə keçdiyi və iqtidari söyməyə başladığı qeyd edilib. Həmçinin, yazıda Sabir Rüstəmxanlı mandatı əlindən alındığı və bu səbəbdən də iqtidarı söydüyü üçün “simasız” kimi tənqid edilib.

Qeyd edək ki, Eynulla Fətullayev həm də də sosial şəbəkədə Sabir Rüstəmxanlını təhqir edən status yazıb. Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında haqqında yazılanlara belə reaksiya verib:“Bütün ömrüm boyu bir sifətlə yaşamışam. Eynulla Fətullayev kimi dosta, yoldaşa xəyanət edən, çörək kəsdiyi süfrəyə tüpürən olmamışam. Onun kimə və nəyə xidmət etdiyi bilinmir. Gündə bir partiya, bir mövqe dəyişən adamdır. Həyatım boyu kişi kimi yaşamışam. Hər zaman da kişi kimi sözümü demişəm. Eynulla Fətullayevi ortaya atıblar. Əslində, onun haqqında danışmaq mənə yaraşmaz”.

Partiya sədri müxalifətə keçid etməsi fikirlərinə də aydınlıq gətirib:“O, elə bilir ki, son müsahibəmdə dediklərim yenidir. Mən Milli Məclisdə olanda da həmin mövqedə olmuşam və həmin sözləri demişəm. Gedib Milli Məclisin arxivlərinə baxsınlar. Milli Məclisdə deputat olan zaman daha artıqlarını demişəm. Bunlar təzə hadisələr deyil ki! Bunlar cahildirlər. Gözləri kordur. Məclisin iclaslarından xəbərləri olmayıb. Elə biliblər ki, Milli Məclisdə oturanda tərifnamə deyirdim. İndi isə tənqid deyirəm. Ona görə də ağıllarına nə gəldi danışırlar. Milli Məclisdə olan zamanlarda da mövqeyim dəyişməz olub. Başlarından böyük danışmasınlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar